Sosial şəbəkələrdə çağırışdan sonra irsi qan xəstələri və talassemiyalı vətandaşlarımızın yaşaması üçün qan verməyə gələn şəxslərin sayı artıb.

Unikal.org xəzərxəbər-ə istinadən xəbər verir ki, Mərkəzi Qan Bankında bir neçə gün bundan əvvələ qədər koronavirus səbəbi ilə donor tapmaqda çətinlik çəksələr də sosial çağırışlardan sonra gün ərzində ən azı 300 nəfər donor olmaq üçün müraciət edir. 

7 yaşlı Kübra və 6 yaşlı Nuray talasemiya xəstəliyindən əziyyət çəkir. Onların mütəmadi olaraq donor qana ehtiyyacı var. Bu qanı isə Azərbaycan xalqı onlar üçün təmin edir. Amma koronavirusun infeksiyasının yayılması minlərlə belə xəstələr kimi onların da yaxınlarını narahat edir. 

Qeyd edək ki, karantin müddətində hər bir şəxs 8103 ə 1 rəqəmini, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil göndərməklə donor olmaq üçün evdən çıxa bilər.