"Türkiyədə vətəndaşların küçəyə çıxmasına yenidən qadağa tətbiq ediləcək".

Unikal.org xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, qadağa aprelin 17-si gecə saatlarından başlayacaq və aprelin 19-u bazar günü gecəyə kimi davam edəcək: "Əgər zərurət yaransa, bu qadağa növbəti həftələrdə də davam edəcək".