ABŞ-ın cənubunda fırtına hadisəsi baş verib.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, Missisipi ştatında yaranan xortum nəticəsində 180 min ev işıqsız qalıb, 7 nəfər həlak olub. Çox sayda ev və avtomobilə ziyan dəyib.

Arkanzasda 120 min, Missisipi və Luiziana ştatlarında isə 60 min evə elektrik enerjisinin verilməsində problemlər yaşanıb.