Bütün dünyanı təsir sahəsinə çevirən yeni növ koronavirusla (Covid-19) mübarizə məqsədilə Pakistanda da xüsusi karantin tədbirləri alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu qaydalara əməl etməyənlərə isə polis tərəfindən sərt müdaxilələr edilib. Ətraf əraqzidə yaşayan sakinlərdən birinin lentə aldığı görüntülərdə polislərin vətəndaşlara yumruq və təpik ataraq döydükləri görünür.

Döyülən 4 nəfər isə polis avtomobilinə yerləşdirilib. Bu görüntülər Pakistan xalqı tərəfindən böyük etirazla qarşılanıb.