Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlanıb.
Unikal.org xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim REAL TV-yə bildirib ki, qardaş ölkədə 6 azərbaycanlıya “COVİD-19” diaqnozu qoyulub.
Səfir deyib ki, koronavirusa yoluxan həmyerlilərimizin vəziyyəti yaxşıdır. “COVİD-19”a yoluxan azərbaycanlılar 20-50 yaş qrupundan olan şəxslərdir.
Bundan əlavə, diplomat Türkiyənin müxtəlif şəhərlərində yaşayan 8000-dən çox azərbaycanlıya yardım edildiyini və yardımların bundan sonra da davam etdiriləcəyini vurğulayıb.