80-dən çox qadına təcavüz edən Amerikalı kinorejissor Harvey Veynşteyn koronavirusa qalib gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 23 illik həbs cəzasına məhkum edilən Veynşteynin koronavirus testi bir müddət öncə pozitiv nəticələnmişdi. Müalicə alan 68 yaşlı məhkumun artıq sağaldığı məlum olub. 

Məsələ ilə bağlı açıqlama verən kinorejissorun yaxınlarından biri onun sağaldığına inan bilmədiyini bildirib. O, qeyd edib ki, hər kəs koronavirusun Veynşteynin sonu olacağını düşünürdü.

Xatırladaq ki, Amerikalı Harvey Veynşteyn çox sayda qadına təcavüz etdiyi üçün azadlıqdan məhrum edilib. Onun təcavüzünə məruz qalanlar arasında məşhur aktrisalar da var.