Fransada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən karantin rejiminin vaxtı uzadılıb.

Unikal.org xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

Ölkənin yeni dönəmə qədəm qoyduğunu deyən Makron insanların evdən çıxması və digər məhdudlaşdırıcı tədbilərin mayın 11-dək davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Fransada martın 17-dən başlayaraq karantin rejimi tətbiq edilir.