Dünyanı təsir edən koronavirus epidemiyasında baş verən hadisələrin və ölümlərin sayının mərkəzinə çevrilən ABŞ-dan gələn görüntülər vəziyyətin ağırlığını ortaya qoyub.

Unikal.org ABŞ mediasına istinadən məlumat verir ki,  Detroytdakı Sinay-Qreys Xəstəxanasında meyitxanada yer olmadığı üçün xəstəxana işçilərinin otağına cansız cəsədlər qoyulub.

Belə ki, ABŞ mediası otaqlarda saxlanılan cansız cəsədlərin şəkillərini paylaşıb.

Qeyd edək ki, Çində meydana gələn koronavirusun episentri ABŞ-da 587 min 173 nəfər yoluxub,  23 min 644 adamın ölümünə səbəb olub. Digər tərəfdən, 12 min 722 nəfərin də vəziyyətinin kritik olduğu bildirilib.