Karib dənizinin ada ölkəsi olan Dominikan Respublikası, yeni növ koronavirusun (COVID-19) yayılması səbəbiylə prezident seçkilərinin ilk turu üçün səsvermə iyul ayına qədər təxirə salınıb.
Unikal.org NPR-nin məlumatına istinadən xəbər verir ki, Dominikan Respublikası Mərkəzi Seçki Şurasının verdiyi bəyanatda davam edən “COVID-19” yayılması səbəbiylə prezident seçkilərinin təxirə salınmalı olduğu ifadə edilib.
Açıqlamada, 17 Mayda edilməsi planlaşdırılan seçki, 5 İyul tarixinə qədər təxirə salınıb.
“COVID-19” hadisəsi bu günə qədər ölkədə cəmi 3177 nəfərdə rast gəlinsə də, virus səbəbindən 177 nəfər həyatını itirib.