Belçikada yeni növ koronavirusun (COVID-19) yayılması hallarının sayı son 24 saatda 530 artaraq 31 min 119-a çatıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Belçika Böhran Mərkəzi, etdiyi şərhdə, son 24 saatda ölkədə xəstəxanaya yerləşdirilənlərin sayının 242 artdığını bildirib.

Açıqlamada, 15 Martdan bəri, COVID-19 diaqnozu qoyulmuş 6 min 868 nəfərin xəstəxanadan çıxdığı, reanimasiya şöbəsində xəstələrin sayının 11 nəfərdən 1223-ə düşdüyü də bildirilib.

Qeyd edək  ki, son 24 saatda koronavirusa yoluxanların sayı 530 nəfər artaraq 31 min 119-a, ölənlərinin sayı isə  262 artaraq epidemiyanın başlanğıcından bu günə qədər həyatını itirənlərin sayı 4 min 157-ə yüksəlib.