Fransada qəribə hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin müdafiə şirkətlərindən birində çalışan 64 yaşlı şəxsə "qırıcı təyyarə turu" hədiyyə olunub. O, pilotla birlikdə qırıcı təyyarəyə minib və yuxarı qalxdıqdan sonra stressə girib.

Yalnış düyməyə basan adam ölümdən dönüb. Belə ki, o, atlama oturacağının düyməsini basıb və özünü təyyarədən aşağı düşüb. Paraşütlə yerə enərkən qoruyucu vasitələri də qorxudan atan 64 yaşlı şəxs hadisədən yüngül xəsarətlərlə xilas ola bilib.