İstanbulda daha bir yaşlı koronavirus xəstəsi sağalıb.

Unikal.org Türkiyə KİV-ə  istinadən xəbər verir ki, 107 yaşlı Havahan Karadeniz bir müddət öncə öskürək və yüksək temperatur şikayətləri ilə xəstəxanaya yerləşdirilmişdi. Yaşlı xəstələrin koronavirusa qalib gəlməsi çox çətin olsa da, Havahan Karadeniz bu virusla sonuna qədər müabirzə aparıb.

O, sağalıb və xəstəxanadan alqışlarla evə yola salınıb.