Türkiyə sahillərinin Aralıq dənizində 4,0 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un məlumatına görə, zəlzələ yerli vaxtla saat 01:38 qeydə alınıb.
Zəlzələnin episentri Hatay vilayətinin Yayladağı rayonu sahillərində olub. Yeraltı təkanların ocağı 27,45 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.