ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusun yayılmasında ittiham etdiyi Dünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırdığını açıqlayıb.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, Prezidenti Donald Tramp, Ağ Evdəki Koronavirus İş Qüvvələri ilə bağlı mətbuat konfransında gündəliyi müzakirə edib.

Belə ki, Tramp, epidemiyanın dünyaya yayılmasında ÜST-nin ciddi bir məsuliyyət daşıdığını və bu baxımdan təşkilatın dünyanı yanıldığını iddia edib.

“Mən rəhbərliyimdən bu gün Ümumdünya Səhiyyə Təşkilatına verdiyimiz fondu dayandırmağı əmr edirəm. Hər kəs orada nələrin baş verdiyini bilir” deyə maliyyə vəsaitinin kəsdiyini qeyd edib.

Bu qərarı verərkən Tramp, həmçinin də, rəhbərliyi “ÜST-nin epidemiya ilə bağlı səhlənkarlıqlarını və ört-basdırlarını qiymətləndirir”, ABŞ-ın ÜST-na illik 400-500 milyon dollar həcmində fondu təmin etdiyini bildirən Tramp, “Çin buna qarşı yalnız 40 milyon təmin edir”deyə bildirib.

ÜST-nin “Çindən gələn səyahətlərin dayandırılması” çağırışlarına məhəl qoymadığını və bunun böyük bir səhv olduğunu iddia edən Tramp, Çindən ABŞ-a səyahətlərini onlara baxmadan dayandırdığını təkrarlayıb.