Ötən il Rusiyada baş verən təyyarə qəzasının görüntüləri ortaya çıxıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskova-Murmansk səfərini həyata keçirmək üçün 5 may 2019-cu il tarixində uçuşa başlayan "100-95B" tipli sərnişin təyyarəsi hava limanına geri qayıdaraq təcili eniş etmişdi.

Eniş edərkən təyyarədə güclü yanğın baş vermiş və qəza nəticəsində 41 nəfər dünyasını dyişmişdi.

Qeyd edək ki, qəzaya uğrayan təyyarədə 73 sərnişin var idi.