Türkiyədə 1500-dən çox inssnın həyatına son qoyan koronavirus, ölkədə can almaqda və yoluxmaqda davam edir.
Unikal.org xəbər verir ki, 47 yaşlı türkiyəli bank işçisi iki dəfə koronavirus xəstəliyindən test versə də, nəticəsi “mənfi” olub. Daha sonra işinə geri qayıdan 47 yaşlı Əli İhsan Orallı koronavirusdan həyatını itirib.
Tibbi ekspertiza zamanı, Əli İhsan Orallının koronavirusdan öldüyü qeyd olunub.
Digər tərəfdən, Bankın 18 əməkdaşında da koronavirus testi “müsbət” çıxıb.