Fransada koronavirusdan ölənlərin sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, pandemiya səbəbindən dünyasını dəyişənlərin sayı son sutka ərzində 753 nəfər artaraq 17 920-ə çatıb. 

Bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon məlumat verib. 

O bildirib ki, Fransada koronavirusa yoluxanların ümumi sayı bir gün ərzində 16 464 nəfər artaraq 164 327-ə çatıb. Ümumilikdə 32 812 xəstə isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Fransa koronavirus səbəbindən ən çox ölüm hallarının yaşandığı 4-cü ölkədir.