İsa Qəmbərlə Əli Kərimli üz-üzə gəlir
01:29 20-11-2012
İQTİSADİYYAT
İsa Qəmbərlə Əli Kərimli üz-üzə gəlir
Vahid namizəd mövzusu bitdi
Artıq müxalifətin 2013-cü il prezident seçkilərində vahid namizədlə iştirakı mümkünsüz görünür. Halbu ki, bir müddət öncə ekspertlər nikbin bəyanatlar verirdi və qeyd olunurdu ki, AXCP sədri Əli Kərimli Müsavat başqanı İsa Qəmbərin xeyrinə namizədliyini geri götürə bilər. Bunun üçün isə bir sıra səbəblər əsas götürülürdü.
Məsələn, iddia olunurdu ki, İsa Qəmbər bu seçkilərdən sonra siyasətdən bir dəfəlik gedə bilər və buna görə Əli Kərimli geri çəkilməklə İsa Qəmbərə belə bir fürsət yarada bilər. Və yaxud iddia olunurdu ki, müxalifət 2013-cü il seçkilərinə hazır deyil və bu seçkilərə sadəcə olaraq formal olaraq qatılacaqlar. Buna görə də AXCP sədri məğlub imicini yaratmamaq üçün İsa Qəmbərin önə çıxmasına razı ola bilər. Buna görə də artıq belə fikirlərdə səslənirdi ki, İctimai Palatada vahid namizəd məsələsi müzakirəyə çıxarılsın. Və belə təşəbbüslə çıxış edənlərin əksəriyyəti müsavatçılar idi. Amma indi durum dəyişib. "Prezidentliyə namizəd olanda, mən də müsavatçı dostları öz komandamda görmək istəyəcəyəm".Bu sözləri AXCP sədri Əli Kərimli Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxalifətin namizədi olmaq istəyi ilə bağlı açıqlamasına cavab olaraq öz "twitter" ünvanında yazıb.
Ə. Kərimli açıqlamasında fikirlərini bu cür ifadə edib: "İsa bəy deyib ki, prezidentliyə namizəd kimi öz komandasında müsavatçılarla yanaşı, cəbhəçiləri də nəzərdə tutur. Bəzi dostlar təəccüblənib. Təəccüblü bir şey yoxdur. AXCP və Müsavat müttəfiqdir. Prezidentliyə namizəd olanda, mən də müsavatçı dostları öz komandamda görmək istəyəcəyəm".
Qeyd edək ki, İsa Qəmbər bildirib ki, vahid namizəd ideyası çox cəlbedici olsa da, əsas namizəd termininin tərəfdarıdır: "Bu gün İsa Qəmbər olaraq mənim qərarım prezident seçkisində iştirak etməkdir. 2013-cü il prezident seçkisində iştirak etmək və qalib gəlmək əzmindəyəm. Ölkədəki köklü demokratik dəyişikliklər istəyən insanlardan ibarət komanda formalaşdırıb bu ölkənin problemlərini həll etmək əzmindəyəm. Mənim bugünkü qərarım budur. O komandada müsavatçılar olacaq, bizim müttəfiqlərimiz cəbhəçilər və digər demokratik qüvvələr, heç bir partiyada təmsil olunmayan mütəxəssislər olacaq. Eyni zamanda bugünkü hakimiyyətdə təmsil olunan şəxslərdən də kimlərinsə orada təmsil olunmasını istisna eləmirəm. Bu, artıq prosesin gedişinə, həmin şəxslərin davranışına və sair şərtlərə bağlı məsələdir".O, həmçinin bildirib ki, obyektiv şəkildə müxalifətin vahid namizədi mümkün deyil.
Maraqlıdır, uzun müddət susqunluq nümayiş etdirən AXCP sədri Əli Kərimli hansı səbəbdən məhz bu mərhələdə prezidentliyə namizəd olacağını bildirdi? Ekspertlər hesab edir ki, Əli Kərimlini hərəkətə gətirən səbəblər xarici amillərlə bağlıdır. Gəlin öncəliklə Rusiya, daha sonra isə Qərb faktoruna baxaq. Məlum olduğu kimi Rusiyada milyonerlər yeni təşkilat yaradıb və hələ ki, atdıqları addımdan anlaşılan budur ki, onlar Azərbaycanda daxili siyasi proseslərə müdaxilə etmək haqqında düşünürlər. Ən maraqlısı isə budur ki, bu şəxslərin sırasında peşəkar siyasətlə məşğul olan yoxdur və güman edilir ki, onlar həqiqətən ölkə daxili siyasi proseslərə müdaxilə etmək istəyirlərsə mütləq ölkədə ki, siyasi qüvvələrlə iş birliyi qurmalıdrlar. Görünür bu arqumenti nəzərə alan müxalifət yetkililəri hərəkətə keçib. Hətta Müsavat başqanı İsa Qəmbər açıq şəkildə mesaj verdi ki, bu qüvvələr əməkdaşlıq təklif edərlərsə bir masa arxasında əyləşə bilərlər. Amma başqa bir məqamda unudulmamalıdır. Bu isə ondan ibarətdir ki, istər AXCP , istərsə də Müsavat Rusiya ilə yox, Qərblə daha çox əməkdaşlığa həvəslidirlər. Məlum təşkilat isə bir başa Kremlin maraqlarını təmin edir. Burdan isə belə bir nəticə çıxır ki, müxalifət xarici siyasətində də balanslı siyasətə üstünlük verməyə çalışır. AXCP sədri Əli Kərimlinin prezidentliyə namizəd olması ilə bağlı verdiyi açıqlama həm də bəzi qərb təşkilatlarının Azərbaycan siyasətində sərtliyə yol verməsidir. Belə ki, Avropa İttifaqının rəsmiləri ilə son günlər ciddi gərginlik yaranıb. Belə ki, Aİ rəsmisi bəyan etmişdir ki, onun kompyuterinə Bakıda kənardan müdaxilə olunub. Amma Azərbaycan tərəfi bunu rəsmən rədd etdi və nəticədə dünya mediasında da bu məsələ gündəmə gəldi və gərginlik müşahidə olundu. Hər zaman belə proseslər baş verəndə isə müxalifət sözsüz ki, aktivləşməyə çalışır. Amma bunu da unutmaq olmaz ki, qərb Rusiyanın Azərbaycanda aktivləşməsinə, hətta ənənəvi müxalifətdən istifadəsinə imkan verməyəcək və mövcud hakimiyyətlə əlaqələrin qurulması üçün addımlar atılacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53