“Azərbaycanda həyata keçirilən sosoial siyasət paketi sosial dövlət davaranışından daha çox Azərbaycan Prezidentinin öz vətəndaşlarına münasibəti kimi qiymətləndirilir. Çünki dünyada heç bir sosial dövlətin bənzər davranışına rast gəlinmir”.
Bunu Unikal.org-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.O, qeyd edib ki, Azərbaycan Prezidentinin qərarı ilə 600 min şəxsə birdəfəlik ödəmə veriləcək:
“Bu yalnız Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşının yanında olma iradəsinin nəticəsi kimi izah edilə bilər . Sosial özünütəcridin iqtisadi fəallığı məhdudlaşdırdığı , regional və qlobal müstəvidə idxal-ixrac münasibətlərinin minim həddə endiyi , əmək qüvvələrinin istehsal münasibətlərinə cəlbetmənin mümkün olmadığı bir vaxta hər bir vətəndaşın hər bir problemini həll etmək əzmi sadəcə olaraq fədəkarlıq və hər bir vətəndaşın Prezidenti olmaq siyasətinin nəticəsidir.Ancaq bu məsələnin yalnız bir tərəfidir .Əgər dövlətin iqtisadi- maliyyə imkanları arzu edilən sosial siyasəti icra etməyə qadir deyilsə o zaman yenə effektiv sosial siyasət həyata keçirmək mümkün olmaz . Azərbacn Prezidenti tərəfindən həyata keçirilən uzunmüddətli məqsədyönlü siyasət bu gün dövlətimizi iqtisadi- siyasi baxımdan elə güclü edib ki , istənilən böyük həcmli sosial yardım paketini həyata keçirə bilir . Bunula yanaşı post-pandemiya mərəhələsi üçün iqtisadi canlanma yaradacaq qərarlar da indidən qəbul edilir .Paralel olaraq koronovirus təhdidini minimum endirmək üçün sırf tibbi müstəvidə bütün zəruru addımlar atılır , səhiyyə xidmətləri təmin edilir , bu sahədə çalışan vətəndaşlarımızn əmək haqları 3-5 dəfə artırılır .Qeyd etmək yerinə düşər ki Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb .Bunlar yalnız ümumi sosial tədbirlərin bir hissəsidir .Əlavə olaraq Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək eyni zamanda də növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Alınan tədbirlərlə yanaşı qərarların icra olunması müxanizmi də oladuqca vacibdir ki ,hazırda müvaqfiq icra orqanı tərəfindən bu proses ulduqca uğurla həyata keçirilir . Ona görə də əminliklə deyə bilərik ki ,hazırki tarixi mərhələdə dövlət himayəsi sosial həmrəyliyi və xalq iqtidar birliyini keyfiyyətcə yeni səviyyəyə qaldırır”.
Famil Fərhadoğlu