Suriyada ABŞ ordusunun patrulunun hücuma məruz qalması nəticəsində nəqliyyat vasitəsi məhv edilib, hərbçilər yaralanıb.

Unikal.org xəbər verir ki, hadisə Suriyanın əl-Hasake şəhərində olub.

Bildirilib ki, bir qrup ABŞ hərbçisi və terrroçu PKK/YPG-PYD qruplaşmasının formalaşdırdığı “Suriya Demokratik Qüvvələri”nin silahlılarını daşıyan “Hammer” tipli hərbi maşına əl-Hasekenin cənub-qərbində yerləşən Ruveyşid kəndində naməlum şəxslər hücum edib.