İsraildə koronavirus pandemiyasına yoluxanların sayı kəskin şəkildə artıb.
Unikal.org İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.
Məlumatda, son sutkada koronavirusa yoluxanların sayı 290 nəfər artaraq, ümumi yoluxanların sayı 14 min 882-yə, ölü sayı isə son 24 saatda 2 nəfər artaraq 193-ə çatıb.
Belə ki, yoluxan insanlardan, 139 nəfərin vəziyyət ağır, 101-nin səhhəti isə orta ağır olduğu bildirilib.
Qeyd edək ki, İsraildə indiyədək koronavirusdan 5 685 nəfər sağalıb.
Bildirək ki, aprelin 19-dan İsraildə karantin rejimi yüngülləşdirilib. Yeni rejimə əsasən, iş yerində 10 nəfər, yaxud işçilərin 30 faizindən çox əməkdaşı ola bilməz.