ABŞ-ın Emory Universitetinin Geriatriya və Gerontologiya şöbəsinin müdiri Camille Vaughan, dünyada 2 milyon 720 mindən çox insana yoluxmuş koronavirusun daha üç fərqli simptomlarının olması barədə açıqlama verib. 

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, Camille Vaughan açıqlamasında  bildirib ki, koronavirusun əsas əlamətləri, “yüksək atəş, davamlı öskürək və nəfəs darlığı” olduğunu vurğulayaraq, daha üç yeni simptomların olduğunu, “normal yuxudan daha çox yatmaq, iştahsızlıq və yaddaş pozğunluğu” deyə qeyd edib. 

Həmçinin də, Dr. Vaughan,  bu kimi simptomların, əsasən, yaşlılarda olduğunu bildirib. 

“Bu simptomların ən çoxu yaşlılarda görülüb.Kovid-19-a yoluxmuş yaşlılar, adi haldan daha çox yatır və daha az yemək yeyirlər. Onlarda yaddaş pozğunluğu yaşayır və ətrafdakılarla diqqətlərini itirirlər” deyə bildirib.