Türkiyədə intihar hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, qocalar evində qalan və böyrək çatışmazlığından müalicə alan 67 yaşlı kişi, Covid-19 şübhəsi ilə qaldırıldığı xəstəxananın üçüncü mərtəbəsindən atlayaraq intihar edib. 

Ağır yaralanan yaşlı kişi bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Tibbi ekspertiza zamanı intihar edən şəxsin koronavirus testi mənfi çıxıb.