Banqladeşdə koronavirus pandemiyasına yoluxanların sayı artıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Banqladeş Səhiyyə Nazirliyi bildirib.
Belə ki, son 24 saatda ölkə üzrə daha 503 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb və ümumi yoluxanların sayı 4 min 689-a, daha 4 nəfər virusun qurbanı olaraq, ölü sayı 131-ə çatıb.
Qeyd edək ki, Banqladeş hökuməti sosial təcrid rejiminin müddətini aprelin 25-dək uzadıb.