ABŞ-da son 24 saat ərzində daha 3 178 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bu barədə "Haberglobal" məlumat verib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 49 963-ə çatıb.
ABŞ-da son gün ərzində daha 26 548 nəfərdə koronavirus aşkarlanıb. Sözü gedən ölkədə virusa yoluxanların sayı 869 172-yə yüksəlib.
Qeyd edək ki, ABŞ dünyada koronavirusun ən geniş yayıldığı ölkədir.