Bildiyiniz kimi, yeni növ koronavirus infeksiyası (Covid-19) Çinin Uhan şəhərində meydana gəlmişdi.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Uhanda artıq kəskin karantin tədbirləri nəticəsində virusa qalib gəlmək mümkün olub. Belə ki, sözü gedən koronavirusa yoluxan son xəstələr də müalicə olunaraq sağalıb.

Çin Milli Səhiyyə Komissiyasının rəsmisi Mi Feng-dən mətbuata verilən açıqlamada "26 aprel tarixindən etibarən Uhandaki koronavirus xəstələrinin sayı 0-a düşdü" sözləri yer alıb.

Qeyd edək ki, Çində son 24 saat ərzində cəmi 12 yeni koronavirusa yoluxma faktı aşkarlanıb.