İspaniyada son sutka ərzində yeni növ koronavirusdan daha 288 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 23 190 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində koronavirusa 1 729 yoluxma halı qeydə alınıb, ölkədə koronavirusa yoluxanların ümumi sayı 207 634 nəfərə çatıb.

 

Son 24 saatda 3 024 nəfər, epidemiya başlayandan isə 98 732 nəfər sağalıb.