Özbəkistanda yeni növ koronavirusa daha 3 nəfər yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 865 nəfər çatıb.
Bildirilir ki, hazırkı dövrədək 707 nəfər koronavirusdan sağalıb, 8 nəfər isə dünyasını dəyişib.