Braziliyada son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən 189 nəfər həyatını itirib. 

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkədə COVID-19 səbəbindən ölənlərin sayı 189 nəfər artaraq 4 min 205-ə, virusa yoluxanların sayı 3 min 379 artaraq 61 min 888-ə çatıb.

Belə ki, 210 milyon əhalisi olan Braziliya, Latın Amerikasında COVID-19 epidemiyasından ən çox təsirlənən ölkədir.

Qeyd edək ki, bölgədə ilk COVID-19 və virusla əlaqəli ölüm hadisəsi də Braziliyada meydana gəlib