Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının digər evlərə keçməsinin qarşısını alınıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

12:59

Bakıda fərdi yaşayış evində qəfil yanğın başlayıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Bir mərtəbəli həyət evində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. İlkin məlumata görə, yanğın qısaqapanmadan baş verib.