Peruda Amazon meşəsinin dərinliklərində yaşayan  Matses qəbiləsi ənənələri və görünüşləri ilə gündəm yaradıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər  verir ki, Peruda Qalflar çayının sahilində gəzən Moskvalı rus macəraçısı Alexey Kolbov inanılmaz görüntüləri əks etdirən Matses qəbiləsinin  fotoşəkilini çəkib.

Belə ki, dünyadan tamamilə təcrid olunan qəbilənin xarici görünüşü və ənənələri hər kəsin marağına səbəb olub. Əksər insanlar üçün əlçatmaz olan bu qəbilənin burunlarında bığ olması və ruha sahib olmaq üçün öz ölülərini yemək kimi qəribə bir ənənəsi var.

Amazonun ən qədim qəbilələrindən olan Matsesdəki qadınların görkəmli xüsusiyyəti, bənzərsiz bığları və üzlərindəki döymələrdir. Alexey Kolbov tərəfindən çəkilən fotolar, demuj adlı bığları göstərir. Matses qəbiləsinin qadınları xurma ağacı yarpaqlarının incə liflərindən olan qolları bığ  şəklində düzəldərək burunlarına taxırlar. Daha gözəl olmaq üçün bunu bığları üzün hər tərəfinə taxıla bilər.

Fotolardan Matses qəbiləsindəki uşaqların üzlərində qırmızı boyalar olduğu və qəbilənin inancına görə qırmızı bəzəklər insana güc verdiyi mənasına gəlir. Matses qəbiləsinin bənzərsiz görünüşü qəbilə xalqının digər qəbilələr tərəfindən qaçırılmasının qarşısını alır.

Alexey səkkiz gün qəbilə adamları ilə birlikdə səyahətdən sonra Matses kəndinə gəlib. Qəbilə zaman-zaman turist ziyarətlərinə məruz qalsa da, öz adət-ənənələrinə uyğun yaşamağa davam edir və mərasimlərində insan ətini yeyirlər. Qəbilənin inancına görə, bu mərasim sayəsində əcdadlarının ruhlarını yad etmiş  və yeni ruha sahib olurlar.  

Alexey Kolbov qəbilənin adət-ənənələrini aşağıdakı sözlərlə,”Qəbilə üzvlərindən biri mənə dedi ki, nənələri və babaları öldükləri zaman, ruhlarını qazanmaq üçün ölüləri yeyirlər” deyə bildirib.

Daha sonra rusiyalı macəraçı, “Bu insanlara əlimizdə olan dəyərləri qorumağı və hamı üçün davamlı bir dünya yaratmağı öyrənmək üçün qayğı göstərməliyik” deyə qiymətləndirmə aparıb.