2016-cı ildə avtomobil qəzasında dünyasını dəyişdiyi deyilən “Şalke” klubunun futbolçusu Hianik Kamba sağdır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kamban hazırda Almaniyanın Rur bölgəsində yaşayır. Kamba, hazırda energetika şirkətində kimya mühəndisi vəzifəsində çalışır.
2016-cı ildə dostlarıyla birlikdə Konqoya gedən Kambanın avtomobil qəzasında dünyasını dəyişdiyi açıqlanmışdı.
Məhkəmə Kambanın keçmiş həyat yoldaşına qarşı iş açıb. Onun Kambanın ölümünü saxtalaşdırdıqdan sonra altı rəqəmli məbləğdə sığorta pulu aldığı bildirilir. Bu qadın sığorta agentliyinə ərinin öldüyünü təsdiqləyən sənədlər təqdim edib. Həmin sənədlərin saxta olduğu ehtimalı var.