Yəmənin müvəqqəti paytaxtı Ədəndə həkimlər əyalətdəki səlahiyyətlilərə yeni növ koronavirus (COVID-19) səbəbiylə 2 həftəlik komendant saatı tətbiq etməyə çağırıblar.
Unikal.org yerli mətbuata istinadən xəbər verir ki, Ədəndəki müxtəlif xəstəxanalar və sağlamlıq müəssisələrində çalışan 200-dən çox həkim, əyalətdəki səlahiyyətlilərə “hərtərəfli 2 həftəlik komendant saatı qərarını vermək” üçün yazılı müraciət edib.
Həkimlər sağlamlıq mütəxəssisləri üçün əlverişli şərait təmin olunmasını da istəyiblər.
COVID-19 hadisələrinin yeni yayılmağa başladığı ölkədə, Ədəndə son 2 gündə bilinməyən səbəblərdən ölənlərin artdığı bildirilib.
Rəsmi məlumatlara görə, ölkədə 12, Adendə 7, Hadramevtdə 3, Taizdə 2 koronavirusa yoluxma halı qeydə alınıb.
Yəməndəki böyük sağlamlıq problemləri səbəbiylə Ümumdünya Səhiyyə Təşkilatı, ölkədə koronavirusun yayılmasının acı nəticələri barədə dəfələrlə xəbərdarlıq etmişdir.