Avropanın daha bir ölkəsində koronavirus pandemiyası üzündən dayandırılan futbol mövsümü bərpa olunmadan başa çata bilər.
Unikal.org-un Rusiyanın “Sport-Ekspress” nəşrinə istinadən məlumatına görə, Fransa və Niderlanddan sonra şimal qonşularımız belə qərar verəcək.
İddia olunur ki, Premyer Liqa davam etdirilməyəcək. Çempionatın bərpa edilməməsi barədə qərar mayın 15-də veriləcək. İcraiyyə Komitəsinin klubların çoxluğunun fikrini nəzərə alaraq belə addım atacaq.
Hazırki turnir cədvəlinə əsasən, “Zenit” çempion elan ediləcək. Sankt-Peterburq təmsilçisi kimi “Lokomotiv” də Çempionlar Liqasının qrupuna vəsiqə qazanacaq. Bürünc mükafatçı olacaq “Krasnodar” isə bu turnirə III təsnifat mərhələsindən qoşulacaq.
“Rostov” Avropa Liqasının qrupuna düşəcəksə, MOİK III, “Dinamo” II təsnifat mərhələsində oynayacaq.
Autsayderlər “Krılya Sovetov”la “Axmat” aşağı dəstəyə düşməyəcək, əvəzində “Ximki” və “Rotor” Premyer Liqada komandaların sayı artırılaraq 18-ə çatacaq. Amma bunun üçün hər iki klub lisenziyalaşdırma prosesini uğurla adlamalıdır.
Qeyd edək ki, Rusiyanın “yaz-payız” sisteminə qayıtmayacağı da bildirilir.