Rusiyanın “Spartak” futbol klubunun prezidenti Leonid Fedun koronavirusa yoluxub.
Unikal.org-un məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.
L.Fedunun xəstəxanaya yerləşdirildiyi bildirilib. Onun sağlıq vəziyyəti barədə digər məlumat verilməyib.
Qeyd edək ki, L.Fedun həm də “Lukoyl” şirkətinin vitse-prezidentidir.