Almaniyalı keçmiş hücumçu Miroslav Kloze məşqçilik karyerasına "Bavariya"da davam edəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, daha öncə futbolçu kimi formasını geyindiyi kluba köməkçi məşqçi təyin olunub. Kloze 1 iyul 2020-ci il tarixindən etibarən bu vəzifəni yerinə yetirəcək. O, bu mövsümün sonuna qədər isə "U-17" komandasının məşqçisi olacaq.
Qeyd edək ki, 2007-2011-ci illər arasında "Bavariya"da çıxış edən Miroslav Kloze 8 titul qazanmışdı.