Mayın 7-də şahmat üzrə Millətlər Kubokunun beşinci turunun oyunları keçirilib.
Unikal.org xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması beşinci turda Avropa komandasına 1,5:2,5 hesabı ilə məğlub olub.
Şahmatçımız T.Rəcəbov isə fransalı şahmatçı Maksim Vaşe-Laqravla heç-heçə edib. Dünya yığması altıncı turda Çin komandası ilə qarşılaşır.
Turun digər oyunlarına gəldikdə isə Çin millisi ABŞ komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanıb, Hindistan seçməsi Rusiya komandası ilə “sülh” bağlayıb.