Rusiyada son 24 saat ərzində koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunub. 

Unikal.org xəbər verir ki, Rusiyada son sutkada pandemiyaya yoluxanların  10  min 699 nəfər artaraq, ümumi yoluxanların sayı 187 min 859-a yüksəlib. 

Həmçinin də, son 24 saatda virusdan ölənlərin sayı 98 nəfər artaraq, ümumi ölü sayı 1 723-ə çatıb.