İranda daha 55 nəfər koronavirusun qurbanı olub.
Unikal.org xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 6 541 nəfər olduğunu deyib.
O bildirib ki, daha 1 556 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 104 691 nəfərə çatıb.
K.Cahanpur 83 837 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib.
O həmçinin 2 711 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.