Son zamanlar tətbiq etdiyi sərt tədbirlər ilə koronavirus epidemiyasında Avropanın ən uğurlu ölkələrindən biri kimi göstərilən Almaniyada  insanlar bu tədbirlərə qarşı etiraz aksiyası keçirib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə tətbiq olunan karantin qadağalarına etiraz edən yüzlərlə insan paytaxt Berlindəki sosial məsafəni qorumadan Alexander meydanına toplaşıblar. 

“Azadlıq” və “Müqavimət” mahnılarını səsləndirən bəzi fəallar meydandakı Neptun Bulağına qalxıblar. Hadisə yerinə cəlb olunan polis qruplarının müdaxiləsi sərt olub.  Bibər qazı istifadə edilərək, etirazçıları sakitləşdiriblər. Çox saylı etirazçı həbs olunaraq, polis bölməsinə gətirilib. 

Qeyd edək ki, Berlində Bundestaqın qarşısına toplaşan izdihamdan 30 nəfər tutulub.  Bildirək ki, Ştutqart, Münhen və Münster şəhərlərində də koronavirus tədbirlərinə qarşı etirazlar olub.