Avropada epidemiyadan ən çox təsirlənən ölkələrdən biri olan Fransada bu gün COVID-19 ilə mübarizənin yeni mərhələsi başlayıb. 

Unikal.org xəbər verir ki, Fransada, koronavirus (COVID-19) epidemiyası səbəbiylə görülən tədbirlər tədricən yumşadılmağa başlayıb. 

Belə ki, bu gündən etibarən insanlar icazəsiz çıxa biliblər. Səhər saatlarında paytaxt Parisdə insanların idman və ya gəzintiyə çıxdıqları müşahidə ediLİB. 

Bundan əlavə, bu həftə ölkədə məktəblərin 85 faizi açılacağı barəsində məlumat bildirilib. 

Belə ki, uşaq bağçaları və ibtidai məktəblər tədricən, xəstəliyin təsirli olmadığı bölgələrdə orta məktəblər mayın 18-də açılacaqdır. Bir sinifdə ən çox 15 tələbəyə icazə verilir. Gigiyena qaydalarına əlavə olaraq orta məktəbdə maskaların istifadəsi məcburi  olması bildirilib. 

Kafe və restoranlardan başqa, epidemiyanın təsirli olmadığı bölgələrdəki iş yerləri, dükanlar, bərbərlər, kiçik muzeylər və kitabxanalar, park və bağlar da qapılarını açıb. İctimai nəqliyyatda və taksilərdə maska taxmaq məcburidir, qaydaya əməl etməyənlər 135 avro cərimə ediləcək.

Parisdə bəzi metro stansiyalarının sıxlığının yaradıldığı və sosial məsafənin müşahidə edilmədiyi görülüb. Bundan əlavə, paytaxt Paris xaricindəki şəhərlərdə 40 min kvadrat metrdən çox ticarət mərkəzləri açılıb.  

Qeyd edək ki, COVID-19 səbəbiylə ölkədə ölənlərin sayı 26 min 380-ə, yoluxanların  sayı 210 min 728-ə yüksəlib.