Almaniyada koronavirus səbəbindən tətbiq olunan karantin qaydaları yumşaldılır.

Unikal.org xəbər verir ki, ölkədə artıq böyük ticarət mərkəzlərinin fəaliyyətinə də icazə verilib. Təxminən 2 ay fasilədən sonra açılan mağazaların qarşısında uzun növbələr yaranıb.

Qeyd edək ki, paytaxt Berlində cümə günündən etibarən restoran və kafelər də açılacaq.