ABŞ-da daha 751 nəfər koronavirusdan ölüb.

Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 80 807-ə çatıb. Eyni zamanda son sutka ərzində 20 842 yeni yoluxma faktı aşkar edilib.

Beləliklə, ABŞ-da koronavirusa yoluxanların sayı 1 369 157-ə yüksəlib. Onlardan 256 345 nəfər müalicə olunaraq sağalıb.