Dünya ölkələrinin əksəriyyətində koronavirus təhlükəsi səbəbindən karantin qaydaları tətbiq olunur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mağazaların və şirkətlərin bir çoxu fəaliyyətini dayandırıb. Koronavirusun ən çox ziyan vurduğu sahələrdən biri də hava nəqliyyatdır.

Belə ki, ölkələrin sərhədlərinin bağlı olduğundan insanlar təyyarə ilə səyahət edə bilmirlər. Bu dəfə isə Latın Amerikasının ən böyük ikinci aviaşirkəti olan "Avianca" iflasa uğraması ilə bağlı müraciət edib. 

Təxminən 21 min işçisi olan şirkətin rəhbərliyindən edilən açıqlamada aviaşirkətin 100 illik tarixində ən böyük böhranla üzləşdiyi bildirilib.