İran prezidenti Həsən Ruhani Sənaye, Mədən və Ticarət Nazirini işdən çıxarıb.
Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, Rıza Rəhmani vəzifəsindən azad olunub. Onun yerinə isə Həsən Ruhaninin köməkçisi Hüseyn Müderris təyin olunub.
Qeyd edək ki, Rıza Rəhmaninin bir müddət öncə koronavirusa yoluxduğu açıqlanmışdı.