Yaponiyada 4,3 bal gücündə zəlzələ baş verib.

Unikal.org xarici KİV-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hokkaydo prefekturasında, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.