Çin, hakerlərin ABŞ-da yeni növ koronavirusa (Kovid-19) qarşı aparılan vaksin tədqiqatları ilə bağlı məlumatları oğurlamağa çalışdıqları iddialarını rədd edib.

Unikal.org məlumat verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien, Pekində keçirilən  mətbuat konfransında Çinli hakerlərin ABŞ-ın Kovid-19 peyvəndi üzərində apardığı araşdırmalar barədə “məlumatları oğurlamaq istəməsi” iddiasını dəyərləndirib. 

Belə ki, peyvənd inkişaf etdirmə səylərinin aparıcı ölkəsi olduğunu vurğulayan Cao, dəlil olmadan tənqidin “böhtan, uydurma və əxlaqsızlıq” olduğunu söyləyib. 

ABŞ-ın Kovid-19 ilə mübarizədəki mövqeyini xatırladan Cao, “ABŞ siyasətçilərini oyunlarından imtina etməyə və öz vəziyyətlərinə baxmağa çağırırıq. Neçə dəfə təkrarlansa da, yalan yalandır” deyə ifadə edib.  

Bildirək ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Daxili Təhlükəsizlik Departamenti Çin hakerlərini Kovid-19 peyvəndi ilə bağlı ABŞ-ın araşdırmaları barədə məlumat oğurlamaqda ittiham edib. Səlahiyyətlilər, təşəbbüsdən sonra Çinə bir xəbərdarlıq göndəriləcəyini açıqlayıb. 

O, həmçinin təşəbbüsün Çin jurnalistləri üçün ABŞ vizası məhdudiyyətini qiymətləndirərək “Çin mediasına qarşı artan təzyiq” olduğunu vurğulayıb. 

ABŞ-ı “səhvlərini düzəltməyə” çağıran Cao, əks halda Birləşmiş Ştatlara qarşı tədbirlər görməli olduqlarını xəbərdar edib.  Təşəbbüsün Çin mediasının reportaj fəaliyyətinə ciddi təsir edəcəyinə işarə edən Cao bunun Çin jurnalistləri üçün “qərəz, ayrıseçkilik və bəyənilməməsi” olduğunu qeyd edib. 

ABŞ və Çin arasındakı gərginlik jurnalistlərlə əlaqəli olduğu üçün ABŞ Daxili Təhlükəsizlik Nazirliyi çinli jurnalistlərə vizaların 90 gün müddətinə məhdudlaşdırılmasına qərar verib.