Rusiyanın Sankt-Peterburq şəhərinin Müqəddəs Georgi xəstəxanasında yanğın baş verib.

Unikal.org TASS xəbər agentliyinə istinadən xəbər verir ki, Sankt-Peterburqdakı Müqəddəs Georgi xəstəxanasında COVID-19 xəstələrinin müalicə aldığı 6-cı mərtəbəsində yanğın baş verib. 

Yanğında nəfəs aparatına bağlı 5 nəfər ölüb. Xəstəxanadakı 150 nəfərin təxliyə edildiyi və yanğının nəzarət altına alındığı bildirilib. 

Hadisə ilə əlaqədar istintaq başladılıb. İlkin təyinatlara əsasən, nəfəs alma cihazının nasazlığına səbəb olduğu qeyd olunub.