Rusiyada koronavirusa yoluxanların və ölənlərinsayında artım müşahidə olunub. 

Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində 10 min 899 nəfər koronavirusa yoluxub, 107 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 232 min  243 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 2 116 nəfərə çatıb. Yoluxma sayına görə Rusiya İtaliya və Böyük Britaniyanı keçərək 3-cü ölkə olub.

Ölkə ərazisində ümumilikdə 43 512 nəfər virusdan sağalıb, 186 615 nəfərin müalicəsi isə davam edir.