ABŞ-ın Los-Anceles ştatında həbsxanaların birində 21 məhbus erkən buraxılmaq üçün özlərinə koronavirus yoluxdurdular.

Unikal.org xəbər verir ki,  Los-Anceles Polis İdarəsinin Tvitterdə yayımladığı videoda məhkumlar virusa yoluxmaq üçün bir-birilərinin üz maskalarını taxaraq, eyni şüşədən su içiblər.  Təxminən 5000 məhkumun son iki ayın əvvəlində sərbəst buraxıldığı ştatda 4 May tarixindən bu yana həbsxanalarda koronavirus hadisələrində 60 faiz artım olduğu açıqlanıb. Həmçinin də, 357 məhkumun koronavirus testi müsbət çıxıb.

Sosial şəbəkələrdə yayımlanan video ilə açıqlama verən Los-Angeles Polis direktoru Alex Villanueva, normal vaxtlarda bir-birlərinin əşyalarından istifadə etməyən məhbusların xəstəliyi tutmaq üçün şüşə və eynəklərini bölüşdüklərini və sosial məsafə qaydalarını pozaraq əllərini sıxdıqlarını söyləyib. 

Alex Villanueva xəstə olmaq istəməyən məhkumların və həyatlarını təhlükəyə atmaqda günahlandırılan həbsxana işçilərinin vaxtından əvvəl sərbəst buraxılmayacağını bildirib, lakin məhkumların heç biri bir-birlərinə yoluxduqları ittihamlarını qəbul etməyib.